Axtarışda olan 14 nəfər ƏLƏ KEÇDİ
    • 19-03-2020, 11:07
    • 652

Axtarışda olan 14 nəfər ƏLƏ KEÇDİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 18-da 24 cinayətin üstü açılıb.

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 4, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 14 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.