Beyləqanda polisə aparılan 70 yaşlı kişi öldü - DİN
    • 20-03-2020, 13:48
    • 822

Beyləqanda polisə aparılan 70 yaşlı kişi öldü - DİN

Beyləqandan 70 yaşlı Z.Novruzovun sovetlər birliyindən qalmış qeydiyyat nişanı ilə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, martın 19-da saat 17 radələrində Beyləqan rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan “Niva” markalı avtomobili üzərində keçmiş sovetlər birliyindən qalmış (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

Yerindəcə araşdırmalar zamanı avtomobilin sürücüsü – 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq YPX əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar.

Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılmış Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.
Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.