8 cinayətin üstünü açılıb- Baş Polis İdarəsi
    • 23-03-2020, 09:58
    • 803

8 cinayətin üstünü açılıb- Baş Polis İdarəsi

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də 8 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən News24.az-a  verilən məlumata görə, onlardan 1-i əvvəlki dövrlərdən bağlı olan cinayət olub. Soyğunçuluq 1, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 1 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.