Bakıda mənzildən meyit tapıldı
    • 26-03-2020, 00:14
    • 1 140

Bakıda mənzildən meyit tapıldı

Bakının Xətai rayonunda mənzildə meyit aşkar edilib.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.