USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 14°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 14°C
  • QUBA 4°C
  • NAXÇIVAN 14°C

Sumqayıt sakinlərindən narkotik GÖTÜRÜLDÜ - FOTO

KRİMİNAL

Mətn ölçüsü

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a  verilən məlumata görə,  RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel”  markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli  hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub. Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda  psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Qalereya

2

Xəbəri paylaş: