Bir gündə 17 cinayətin üstü açılıb- Bakı şəhər Baş Polis İdarəsi
    • 26-03-2020, 10:08
    • 727

Bir gündə 17 cinayətin üstü açılıb- Bakı şəhər Baş Polis İdarəsi

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də 17 cinayətin üstü açılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) News24.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərlə bağlı cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurma 1, quldurluq üzrə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.