USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 14°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 14°C
  • QUBA 4°C
  • NAXÇIVAN 14°C

Bakıda quldur dəstəsinin üzvləri TUTULDU

KRİMİNAL

Mətn ölçüsü

Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini V.Ələkbərovun 2 300 manat pulunu, mobil telefonunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvləri - Binəqədi qəsəbə sakinləri R.Xanışov, P.Kərimli və E.Xanəlizadə yaxalanıblar.

Xəbəri paylaş: