Sevil Nuriyevanın əri Türkiyədə qətlə yetirildi - FOTO

Sevil Nuriyevanın əri Türkiyədə qətlə yetirildi - FOTO
KRİMİNAL / SİYASƏT

20 sentyabr 2018, 00:39

Mətn ölçüsü

Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda silahlı hücuma məruz qalıb. Hadisə iş adamının Floryadakı ofisində baş verib.

Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu Gözəl Dəmirov adlı şəxsin həyata keçirdiyi bildirilir. Hazırda onun axtarışları aparılır.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi.
Xatırladaq ki, 2011-ci ildə ailə quran S. Nuriyeva ilə E. İsmayılovun İlyas adlı 4 yaşlı oğulları var.
//Qafqazinfo.az