Keçmiş məhkumdan 5 kiloqram HEROİN GÖTÜRÜLDÜ
    • 3-04-2020, 12:14
    • 669

Keçmiş məhkumdan 5 kiloqram HEROİN GÖTÜRÜLDÜ

Bakıda keçmiş məhkum narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.