USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 28°C
  • ŞUŞA 23°C
  • GƏNCƏ 33°C
  • LƏNKƏRAN 33°C
  • ŞƏKİ 32°C
  • QUBA 25°C
  • NAXÇIVAN 29°C

Yevlaxda narkotik alverçiləri SAXLANILDI

KRİMİNAL

Mətn ölçüsü

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 444 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xocavənd rayon sakini İ.Nəsibov isə Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Ondan 410 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır

Xəbəri paylaş: