Şüvəlanda evdən 14 minlik OĞURLUQ EDİLDİ
    • 6-04-2020, 17:34
    • 526

Şüvəlanda evdən 14 minlik OĞURLUQ EDİLDİ

Bakıda evdən oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-dən 5-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 14.100 manat dəyərində metal hissələr, 5 ədəd su nasosu və 2 ədəd qaynaq aparatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan T.Ələkbərov saxlanılıb.