Quldurluqda şübhəli bilinən Bakı sakinləri SAXLANILDILAR
    • 6-04-2020, 21:52
    • 751

Quldurluqda şübhəli bilinən Bakı sakinləri SAXLANILDILAR

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Bayramov və Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.