Göyçayda karantin rejimini pozan 2 nəfər HƏBS EDİLDİ - FOTO

Göyçayda karantin rejimini pozan 2 nəfər HƏBS EDİLDİ - FOTO
KRİMİNAL

18 aprel 2020, 14:13

Mətn ölçüsü

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları xidmət aparan zaman Göyçay şəhər sakini Ruslan Xəlilovun icazə almadan çölə çıxdıqlarını müəyyən ediblər. Ona xəbərdarlıq edilməsinə baxmayaraq,  R.Xəlilov polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam etdiyinə görə, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Barəsində protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Digər şəhər sakini Bəxtiyar Əhmədov rayon ərazisində yaradılmış giriş-çıxış postlarında heç bir icazəsi olmadan başqa rayonun ərazisinə keçmək istəyərkən saxlanılıb. O da Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs edilib.