USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 21°C
  • ŞUŞA 16°C
  • GƏNCƏ 24°C
  • LƏNKƏRAN 20°C
  • ŞƏKİ 23°C
  • QUBA 24°C
  • NAXÇIVAN 21°C

Tibbi maska taxıb, silahla aptekə HÜCUM ETDİ - FOTO

KRİMİNAL

Mətn ölçüsü

Aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birindən üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Video

Qalereya

3

Xəbəri paylaş: