Sumqayıtda mağazalardan 5 minlik OĞURLUQ EDİLDİ
    • 29-04-2020, 11:22
    • 768

Sumqayıtda mağazalardan 5 minlik OĞURLUQ EDİLDİ

 Sumqayıtda mağazalardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da şəhər ərazisindəki mağazaların birindən 858 manat pul və 1410 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İ.Əliyev saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da şəhər ərazisindəki mağazaların birindən 2620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.