Azərbaycanda dəhşətli qətl: 27 yaşlı arvadının BAŞINI KƏSƏRƏK ÖLDÜRDÜ

Azərbaycanda dəhşətli qətl: 27 yaşlı arvadının BAŞINI KƏSƏRƏK ÖLDÜRDÜ
KRİMİNAL

30 aprel 2020, 10:40

Mətn ölçüsü

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov  News24.az-a açıqlamasında bildirib ki,  ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,  Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
Ab.
K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir