Keçmiş məhkumun evində heroin AŞKARLANDI - FOTO
    • 30-04-2020, 11:06
    • 676

Keçmiş məhkumun evində heroin AŞKARLANDI - FOTO

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağdaş şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 40 yaşlı İlqar Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman sellofan və kağız bükümlərdə satış məqsədi ilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində İ.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.