Zaqatalada karantini pozan ÇAYXANA AŞKARLANDI

Zaqatalada  karantini pozan ÇAYXANA AŞKARLANDI
KRİMİNAL

01 may 2020, 10:29

Mətn ölçüsü

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, bu istiqamətdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində şəhərin Nizami küçəsində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və Zaqatala sakini olan 6 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Zaqatala Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.