Keçmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ - FOTO
    • 6-05-2020, 11:04
    • 826

Keçmiş məhkumdan SİLAH GÖTÜRÜLDÜ - FOTO

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd həmin silaha məxsus  patron və daraq aşkar edilərək götürülüb. 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramin Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.