Bank kartlarından min manat oğurlayan şəxs ƏLƏ KEÇDİ - FOTO

Bank kartlarından min manat oğurlayan şəxs ƏLƏ KEÇDİ - FOTO
KRİMİNAL

09 may 2020, 14:12

Mətn ölçüsü

Bakıda bank kartlarından oğurluq edilib. 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, BŞBPİ-in əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunmuş Rövşən Rəhimov məyyən olunaraq saxlanılıb. 

Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.

R.Rəhimovun ətrafında keçirilən araşdırmalara müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1 000 manat pulu talayıb.

Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.