Kürdəmirdə qətl hadisəsini törədən şəxsin kimliyi MƏLUM OLDU
    • 13-05-2020, 02:04
    • 1 196

Kürdəmirdə qətl hadisəsini törədən şəxsin kimliyi MƏLUM OLDU

Kürdəmirdə 45 yaşlı Cəmşid Cəbrayılovu qətlə yetirən şəxsin kimliyi məlum olub.

News24.az xəbər verir ki, bu, Kürdəmirin Atakişili kəndinin 30 yaşlı sakini İslamov Rahim Nəsir oğludur. Qeyd edək ki, o, əvvəllər də məhkumluq həyatı yaşayıb. 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb./"Report" /