Zaqatala sakinindən 2 kiloqram NARKOTİK GÖTÜRÜLDÜ - FOTO
    • 14-05-2020, 10:32
    • 797

Zaqatala sakinindən 2 kiloqram NARKOTİK GÖTÜRÜLDÜ - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan News24.az-a verilən məlumata görə,  şöbə əməkdaşlarının daxil olmuş əməliyyat  məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.