Bakıda evdən 5 min manatlıq oğurluq edən QADINLAR TUTULDU

Bakıda evdən 5 min manatlıq oğurluq edən QADINLAR TUTULDU
KRİMİNAL

15 may 2020, 09:35

Mətn ölçüsü

Bakıda evdən oğurluq olub.

News24.az xəbəb verir ki, Xəzər rayonunun Zirə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən V. Qasımovanın evindən qapıdan keçməklə 1095 manat nağd pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - 25 yaşlı Sitarə Məmmədova və 49 yaşlı Nigar Bəkirova saxlanılıb.

Faktla bağlı açılan cinayət işi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir./APA/