ŞOK HADİSƏ! Bakıda qadının ağzını BAĞLAYIB...
    • 15-05-2020, 13:48
    • 891

ŞOK HADİSƏ! Bakıda qadının ağzını BAĞLAYIB...

Bakı şəhər sakini A.Hüseynovaya qarşı soyğunçuluq olub. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə mayın 14-də Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. 

Qadın polisə müraciət edərək bildirib ki, bir nəfər onun ağzını əli ilə tutaraq pul tələb edib və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu aparıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.