Dəfələrlə məhkum olunmuş qadından YENİ CİNAYƏT
    • 18-05-2020, 10:11
    • 987

Dəfələrlə məhkum olunmuş qadından YENİ CİNAYƏT

Qax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.  Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hal-hazırda təqsirləndirilən şəxs kimi  axtarışda olduğu məlum olub.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.