USD 1.7
EUR 1.8927
TRY 0.2496
RUB 0.0242
  • Bakı 22°C
  • ŞUŞA 15°C
  • GƏNCƏ 28°C
  • LƏNKƏRAN 21°C
  • ŞƏKİ 27°C
  • QUBA 17°C
  • NAXÇIVAN 28°C

Lənkəranda yaşayış evindən külli miqdarda TİRYƏK AŞKARLANDI

KRİMİNAL

Mətn ölçüsü

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. 

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verib.  

Bildirilib ki, əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Mehman Əliyev saxlanılıb. 

Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. 

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Xəbəri paylaş: