Bakıda taksi sürücüsünü BIÇAQLA HƏDƏLƏYİB...

Bakıda taksi sürücüsünü BIÇAQLA HƏDƏLƏYİB...
KRİMİNAL

23 may 2020, 12:08

Mətn ölçüsü

Mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfərin Binə qəsəbəsi ərazisində onu bıçaqla hədələyərək 100 manatını almaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, N.Abbasov və əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.