Neftçala sakinindən  10 kiloqram NARKOTİK GÖTÜRÜLDÜ
    • 25-05-2020, 12:40
    • 675

Neftçala sakinindən 10 kiloqram NARKOTİK GÖTÜRÜLDÜ

Neftçalada narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb.

Araşdırma aparılır.