Astarada çətənə əkən şəxs TUTULDU

Astarada çətənə əkən şəxs TUTULDU
KRİMİNAL

02 iyun 2020, 10:40

Mətn ölçüsü

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəhər sakini Novruzəli Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, N. Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı Astara RPŞ-də araşdırmalar davam etdirilir.