Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub

Sumqayıtda 2 bıçaqlanma hadisəsi olub
KRİMİNAL

01 avqust 2020, 18:00

Mətn ölçüsü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.


İki nəfər arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. Belə ki, 1979-cu il təvəllüdlü Zamid Ağayev Güldədə Rzayev tərəfindən bıçaqlanıb. Z. Ağayev qarnın ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, qaraciyərin sol payının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Şəhər ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Məmmədov Elməddin Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.


Hər iki faktla bağlı araşdırma aparılır.