Bakıda DƏHŞƏT: 20 yaşlı qardaşını öldürdü
    • 6-10-2018, 11:15
    • 898

Bakıda DƏHŞƏT: 20 yaşlı qardaşını öldürdü

Bakıda qətl törədilib.
Dünən axşam saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evindən 20 yaşlı Kərimov Ədil Xaləddin oğlunun meyiti tapılıb.
Məlum olub ki, gənc oğlan kürəyindən aldığı ağır bıçaq zərbəsindən keçinib. Belə ki, kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət 20 yaşlı Ədilin ürəyini zədələyərək onun ölümünə səbəb olub.
İlkin araşdırmalar zamanı məlum olub ki, gənc oğlanı doğma qardaşı Ağamalı Kərimov bıçaqlayıb. O, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin səbəbləri araşdırılır.