Bir tondan çox narkotik məhv edildi - FOTO

Bir tondan çox narkotik məhv edildi - FOTO
KRİMİNAL

19 avqust 2020, 10:43

Mətn ölçüsü

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir 1 ton 360 kq olan 722 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.