"Qara Qarayev" metro stansiyasında qatarda yaranan nasazlıq aradan qaldırılıb - RƏSMİ - ÖZƏL
    • 6-10-2018, 16:40
    • 2 214

"Qara Qarayev" metro stansiyasında qatarda yaranan nasazlıq aradan qaldırılıb - RƏSMİ - ÖZƏL

Nasazlıq zamanı maşinist 7-8 dəqiqəyə nasazlığı aradan qaldırıb
 News24.az-a daxil olan məlumata görə, bu gün təxminən saat 13:15-də metronun "Qara Qarayev" stansiyasında qatarda yaranan naməlum nasazlıq səbəbindən qatar anidən fəaliyyətini dayandırıb və işə düşməyərək stansiyada qalıb. Sərnişinlər qatarın işə düşməsinə yardımcı olmağa çalışmaq istədikdə, qatarın maşinisti yaranan çətinliyi aradan qaldırıb və qatar işə düşüb. Daha sonra qatarın depoya getdiyi sərnişinlərə bildirilib.
Bununla bağlı Press.az "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.
B. Məmmədov bu kimi xoşagəlməz halın yaşandığını təsdiq edərək bildirib ki, qatarların yoxlanması təlimat tələblərinə uyğun qaydası, müddəti, hər qatarın depoya baxışa getmək vaxtı var və ona ciddi əməl olunur. Bu tip nasazlıq olduqda, aradan qaldırılsa və problem olmasa belə, qatar depoya texniki baxışa göndərilir. Dediyiniz nasazlıq zamanı maşinist 7-8 dəqiqəyə nasazlığı aradan qaldırıb, qatar yola düşüb. Lakin qeyd etdiyim kimi qaydaya uyğun olaraq o, depoya texniki baxışa göndərilib. İnterval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur.
Hal-hazırda qatarda baş verən nasazlıq araşdırılır.