Minik maşını mikroavtobusla toqquşdu: çoxlu sayda yarlı var
    • 11-07-2018, 16:31
    • 1 256

Minik maşını mikroavtobusla toqquşdu: çoxlu sayda yarlı var

Masallı rayonun Xıl kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hundai" markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
 
Onlar Rusiya vətəndaşları - 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Teymur qızı Asfarova, Bakı şəhər sakinləri - 2006-cı il təvəllüdlü Lalə Cabir qızı Zeynalova,  1977-ci il təvəllüdlü Nərmin Rauf qızı Babayeva, 1946-cı il təvəllüdlü Rubina Şirzad qızı Bayramova, Lənkəran rayon sakiniləri - 1982-ci il təvəllüdlü Ağayar Gülməmməd oğlu Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Cabir qızı Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Məzahir qızı Şükürova, 1959-cu il təvəllüdlü Məlahət İsmayıl qızı Məmmədova, Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Nəzir İsmayıl oğlu Musayevdir.
 
Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.
 
 
Faktla bağlı araşdırma aparılır.