Qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu

Qadını video və şəkilləri ilə şantaj edən şəxs tutuldu
KRİMİNAL

18 sentyabr 2020, 13:22

Mətn ölçüsü

Bərdə rayonunda hədə-qorxu ilə tələb etmə hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1 000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.