Neftçalada qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edildi

Neftçalada qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edildi
KRİMİNAL

21 sentyabr 2020, 14:08

Mətn ölçüsü

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.