Evdən 2 800 dollar oğurlandı - Bakıda

Evdən 2 800 dollar oğurlandı - Bakıda
KRİMİNAL

28 sentyabr 2020, 09:47

Mətn ölçüsü

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Seyidovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 2 800 ABŞ dolları, 300 manat pul və velosiped oğurlaması da müəyyən edilib.