5 minlik qızl oğurlayan qadın tutuldu

5 minlik qızl oğurlayan qadın tutuldu Kriminal

Abşeronda 5 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

News24.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyevadır.

Araşdırmalarla saxlanılan şəxsin özünü ev almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.