50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı - Video

50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı - Video Kriminal

Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, Balakən RPŞ-nin keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.

Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədildiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.

Ətraflı

Ad - 00:06

Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı - Video