Əri tərəfindən başından vurulan qadın 2 ay sonra...

Əri tərəfindən başından vurulan qadın 2 ay sonra...
KRİMİNAL

21 fevral 2021, 12:00

Mətn ölçüsü

Ankarada 18 gün evli olduğu polis ərinin silahından güllə ilə başından vurulan Sevginur Ağdaş, reanimasiyada 2 aylıq həyatda qalmaq uğrunda apardığı mübarizəyə qalib gəlib. 


News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, arvadının onun üçün intihar etdiyi iddiasının doğru olmadığını söyləyən Ağdaş, "Kırıkkaledəki ailəmin yanına ziyarətə getmək istədiyimi bildirəndə mübahisə oldu. Məni zorla saxlayıb mərhəmət etmədən “biz tərəflərdə boşanma olmur” deyərək  vurdu.” Vurarkən "bir güllə sənə, bir güllə mənə" dedi. İntihara heç vaxt doğru baxmamışam. Həm psixoloji, həm də fiziki zorakılığa məruz qaldım. Başımdan vuruldum. Qanlar içində olarkən məni yorğana bürüyüb təcili yardıma aparıblar. Çox ağır bir müalicə alıram. 22 ildir içmədiyim dərmanları 5 aydır içirəm. Hazırda ayağa qalxmağa belə halım yoxdur" deyib.


Qeyd edək ki, cinayəti törədən Müslüm Ağdaşla bağlı cinayət işi başlanılıb. 


Ülvi İsmayıl