“600 min yığıb aradan çıxdılar” - Nigar Fərhadla bağlı ŞOK İDDİA

“600 min yığıb aradan çıxdılar” - Nigar Fərhadla bağlı ŞOK İDDİA Kriminal

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD GROUP” şirkəti ilə bağlı vətəndaşların şikayəti var.

News24.az xəbər verir ki, bununla bağlı bir qrup vətəndaş RTV-yə müraciət edib.

Şikayətçilərin sözlərinə görə, onlar Kanadada magistr təhsili alacaqları vədi ilə sözügedən şirkətə müəyyən məbləğdə ödəniş ediblər. Lakin bir müddət sonra şirkətin əməkdaşları ilə əlaqə saxlamaq çətinləşib və telefon zənglərinə cavab verilməyib.

Vətəndaşlar ödəniş etdikləri məbləğin müqabilində vəd olunan xidmətlərin göstərilmədiyini bildirərək, məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər.