Gürcüstan bazarında güclü yanğın baş verib
    • 1-11-2018, 10:17
    • 1 020

Gürcüstan bazarında güclü yanğın baş verib

Gürcüstanın Rustavi şəhərində “İstanbul” adlı bazarda güclü yanğın baş verib.

Gecə saat 01:29 radələrində qeydə alnan yanğının söndürülməsinə 18 yanğınsöndürən maşın cəlb olunub.

Yanğını səhər saat 09:00-da tam söndürmək mümkün olub. Yanğın nəticəsində 1000 kv. metrə yaxın sahə yanıb.

Hadisə zamanı bazar gözətçisi yüngül xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Satıcılar bazarda yanğının qəsdən törədildiyini iddia edirlər. Onlar insidentin dərhal araşdırılmasını tələb edirlər.

Obyektdə 85 ticarətçinin çalışdığı bildirilir. Yanğın nəticəsində onların bazardakı malları tamamilə yanıb.

Hazırda hadisə yerində ekspert-kriminalistlər iş aparırlar. 

//Report.az