Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar - SİYAHI
    • 1-11-2018, 12:28
    • 1 214

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar - SİYAHI

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 79 qrama yaxın tiryək və 69 qram heroin götürülüb.
Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və həmin vasitələri satmaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Əldə edilmiş məlumat əsasında DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şəkər kənd sakini Elşən Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobildən 430 qram marixuana aşkar edilərək götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Azər İmanovdan isə 480 qram marixuana götürülüb. 

//Report