Bir ailənin  4 üzvünü maşın vurdu, 2 nəfər öldü
    • 16-07-2018, 12:54
    • 1 097

Bir ailənin 4 üzvünü maşın vurdu, 2 nəfər öldü

Mingəçevir şəhərində "Bayraq meydanı"nda ağır yol qəzası baş verib.

“Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Onlardan ikisi qadın, biri kişi, biri isə azyaşlı körpəsidir. Xəsarət alan şəxslərin adlarını qeyd edirik:
Nəsibova Labidə Zülfüqar qızı
Nəsibov Zülfüqar Rəmzi oğlu
Hüseynova Gülnar Zülfüqar qızı
Hüseynova Mələk Pərviz qızı

 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızı və 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirildikləri xəstəxanada ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.