7 nəfəri güllələdi, daha sonra intihar etdi - Dəhşətli cinayət

7 nəfəri güllələdi, daha sonra intihar etdi - Dəhşətli cinayət Kriminal


Polisə bir evə silahlı basqın olması barədə məlumat daxil olub.

News24.az Teleqraf.com-a  istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib.

Belə ki, hadisə yerinə gələn polislər 7 nəfərin güllələndiyini görüblər.

Həmin şəxslərdən 4-ü hadisə yerində keçinərkən, 3-ü xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib.

Polis qətliamla bağlı verdiyi açıqlamada şübhəli kişinin avtomobillə hadisə yerindən qaçdığını bildirib.

Qısa təqibdən sonra tutulmaq üzrə olan şübhəli silahla başına atəş açıb.