725 manat pulu kiber üsulla oğurlayan şəxs saxlanıldı

725 manat pulu kiber üsulla oğurlayan şəxs saxlanıldı Kriminal
Vətəndaşın bank kartından 725 manat pulu kiber üsulla talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətindən News24.az -a bildirilib ki, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1999-cü il təvəllüdlü Orxan Quliyev saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunur.