Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsrət alıb
    • 1-12-2018, 16:02
    • 854

Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsrət alıb

Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb.

Hadisə şəhərin Katec qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.
A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

//Report