Bakıda faciə - KÜÇƏDƏ SOYUQDAN ÖLDÜ

Bakıda faciə - KÜÇƏDƏ SOYUQDAN ÖLDÜ
KRİMİNAL / SİYASƏT

02 dekabr 2018, 13:30

Mətn ölçüsü

Bakıda küçədə ölüm hadisəsi baş verib.

Səbail rayonu Bayıl qəsəbəsi Salyan şosesi 32 ünvanının qarşısından naməlum kişi meyiti tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, ölən şəxs 50-55 yaşlı kişidir. Yaxınlıqda yaşayanlar həmin şəxsin uzun müddətdir küçədə yaşadığını, evini tərk etdiyini deyiblər.


İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun soyuq havada xəstəlikdən öldüyü bəlli olub.

Hazırda meyiti tapılan kişinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

//Publika.az