Bakıda avtobusu asta sürdüyü üçün sürücünü döydülər - Sərnişinlər yolda qaldı
    • 2-12-2018, 18:00
    • 1 297

Bakıda avtobusu asta sürdüyü üçün sürücünü döydülər - Sərnişinlər yolda qaldı

Bakıda "185" saylı marşrut avtobusunda sürücü ilə sərnişinlər arasında insident yaşanıb.

Sürücü avtobusu çox asta idarə etdiyi üçün sərnişinlər çilədən çıxıb. Etirazını bildirən sərnişinlər sürücünün sərt sözləri ilə qarşılaşınca hərəkətdə olan avtobusda ara qarışıb.
Belə ki, sərnişinlər və sürücü arasında əlbəyaxa dava düşüb. Avtobusu saxlayan sürücü sərnişinləri yarı yolda boşaldıb. 
Qeyd edək ki, bu barədə Milli.Az-a sərnişinlər özləri məlumat verib. 

//Milli.az