BP-nin Bakı ofisində bomba həyəcanı: işçilər təxliyyə edildi
    • 3-12-2018, 18:40
    • 952

BP-nin Bakı ofisində bomba həyəcanı: işçilər təxliyyə edildi

Bu gün günün "BP-Azerbaijan” şirkətinin Bakı ofisində bomba yerləşdirildiyi barədə məlumat yayılıb. Bildirilib ki, hazırda ofisin bütün əməkdaşları təxliyə edilib və "Port Baku” binasının qarşısındakı küçədə dayanıblar.

"BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə, ofisdə potensial təhlükəsizlik riski yaranıb.

"Biz potensial riski və təhlükə səviyyəsini araşdırırıq. Təhlükəsizlik məqsədilə ofisin işçilərini iş vaxtından əvvəl evə buraxmışıq. Ofis və işçilər üçün heç bir təhlükə yoxdur”, - deyə o qeyd edib. 

//Oxu.az